Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmırbackend

Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya- Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.

 

İnterpress.az  “T24”ə istinadən xəbər verir ki, Rusiya tərəfindən tranzit yavaşladığı üçün 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini qeyd ediblər.

 

Bildirilib ki, 4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir.

 

Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.

 

İnterpress.az