Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da Daşkənddə iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Görüşdə liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, hər iki ölkənin dövlət başçısı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısına qatılıb.