Türkiyə və İran XİN rəsmiləri bir araya gələcəkbackend

Türkiyə və İran XİN rəsmiləri bir araya gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara ilə Tehran arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Oktyabrın 8-də Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri – Sedat Önal və Əli Baqeri Kəninin görüşündə Türkiyə -İran münasibətləri, son vaxtlar bölgədə baş verən proseslər müzakirə olunacaq.