Türkiyə XİN: Trampın qələbəsi Rusiya-Ukrayna müharibəsinin bitməsinə şansları artırıbbackend

Türkiyə XİN: Trampın qələbəsi Rusiya-Ukrayna müharibəsinin bitməsinə şansları artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın seçkilərdə qələbəsi Rusiya-Ukrayna müharibəsinə son qoymaq şanslarını artırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Milliyet”ə müsahibəsində bildirib.

“Tramp ABŞ seçkilərində qalib gəldikdən sonra Rusiya-Ukrayna müharibəsinin bitməsinə ümidlər artıb.

Krımla bağlı mövqeyimizdən də göründüyü kimi, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Lakin biz bu müharibənin hər iki tərəfə fayda gətirdiyini görmürük. Bu, yalnız böyük insan itkilərinə, dağıntılara və xərclərə gətirib çıxarır.

Biz bu faktı amerikalı və qərbli həmsöhbətlərimizə izah edirik və tərəflər arasında danışıqların zəruriliyinə diqqət çəkirik”, – Fidan deyib.

Daha əvvəl “Associated Press” öz mənbələrinə istinadən xəbər verib ki, Tramp prezidentliyinin ilk günündə (yanvarın 20-də) Rusiya Federasiyası və Ukraynanı danışıqlar masasına oturtmağa çalışacaq.

Xuraman Etibarlı

İnterpress.az