Türkiyədə dəhşətli qəza: 9 nəfər öldü    backend

Türkiyədə dəhşətli qəza: 9 nəfər öldü    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sivas şəhərinin Gölova rayonunda iki avtomobil toqquşub.

 

Bu barədə Sivas valisi Salih Ayhan bildirib.

O qeyd edib ki, qəza nəticəsində 9 nəfər ölüb:

“Həyatını itirənlərdən 3-ü azyaşlıdır. Avtomobillərin birində 6 nəfər, digərində isə 3 nəfər olub. Uşaqlardan biri yaş yarım, biri 5, digəri isə 15 yaşında olub. Maşınlardan biri əks istiqamətdəki yola keçərək qarşıdan gələn avtomobillə toqquşub. Qəzanın başvermə səbəbləri araşdırılır”.