Türkiyədə güclü zəlzələlər sonra qanunsuz tikintilərlə əlaqədar həbs olunanların sayı açıqlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, 317 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən bu yeraltı təkan dünyada “Əsrin fəlakəti” adlandırılıb.