Türkiyədə həkimlərin müdafiəsi GÜCLƏNDİRİLİR: Səhiyyə Nazirliyindən YENİ QƏRARbackend

Türkiyədə həkimlərin müdafiəsi GÜCLƏNDİRİLİR: Səhiyyə Nazirliyindən YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə tibb işçilərinin qorunması gücləndirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Səhiyyə Nazirliyi tibb işçilərinə qarşı zorakılıq hallarının sistemli şəkildə qarşısının alınmasına yönəlmiş yeni layihə hazırlayıb.

Hazırlanmış sənəd xəstəxanaların üzərinə profilaktik proqramlar tətbiq etmək, təhdidləri qeydə almaq və əməkdaşlara təkcə fiziki hücumlar zamanı deyil, həm də təhlükəli insidentlər və “baş vermək üzrə olan” təhlükəli vəziyyətlər zamanı dəstək göstərmək öhdəliyi qoyur.

Yeni qaydalara əsasən, zərərçəkən tibb işçilərinə psixososial və hüquqi yardım göstəriləcək.

Həmçinin hər hansı fiziki hücum, təhdid, təhqir və ya onların həyat və sağlamlığına birbaşa təhlükə yarandıqda, tibb işçilərinə müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq xidmət göstərməkdən imtina etmək hüququ verilir.

Xuraman Etibarlı

İnterpress.az