Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi – FOTObackend

Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Türkiyənin Dənizli vilayətində Texniki peşə məktəbinin texniki iş otağına Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Aprelin 12-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyacaq yeni yaradılmış, texniki kodlama emalatxanası və texniki iş otağı açılacaq.

Otaqda Mübariz İbrahimovun qəhrəmanlığı və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən tablolar, divar rəsmləri yerləşdirilib. Açılış tədbirində Azərbaycan Respublikasının Türkiyədəki diplomatik korpusunun nümayəndəlikləri, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.

 

 

 

İnterpress.az