Türkiyədə xüsusilə təhlükəli PKK üzvü məhv edilib.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat zamanı kürd hərbi-siyasi təşkilatı PKK-nın 4 silahlısı məhv edilib.
Onlardan biri, “Sevkan Çele” kod adlı Yusuf Kalkan Türkiyə Müdafiə Nazirliyinin axtarışda olanlar siyahısında “qırmızı” kateqoriyaya düşüb.
Xuraman Etibarlı
İnterpress.az