Türkiyədə zəlzələ bölgəsində infeksiya yayılıb?backend

Türkiyədə zəlzələ bölgəsində infeksiya yayılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ bölgəsində 4000-dən çox məntəqədən su nümunələri götürülüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ölkənin Səhiyyə Nazirliyi tərəfindən epidemiya riskinə qarşı lazımi tədbirlər görüldüyü bildirilib.

Qeyd olunub ki, fəlakət bölgəsindəki 10 vilayətdə fevralın 6-dan bu yana 300 minə yaxın insan ilkin tibbi müayinədən keçirilib:

“2 min 846 hamilə qadın, 9 min 685 körpə və uşaq izlənilib. 4 mindən çox məntəqədən su nümunələri götürülüb və qeyri-kafi hesab edilən yerlərdə xlorlama aparılıb, kifayət qədər quduzluq, tetanoz və uşaqlıq peyvəndi göndərilib”.