Türkiyədə zəlzələ qurbanları ABŞ-ın Nyu York Meydanında anılıbbackend

Türkiyədə zəlzələ qurbanları ABŞ-ın Nyu York Meydanında anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlər ABŞ-ın Nyu York Meydanında anılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələlərdə həyatını itirənlər üçün ABŞ-ın Nyu York “Tayms Meydanı”nda anım tədbiri keçirilib.

ABŞ-da yaşayan türklər “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdə həyatını itirənləri Nyu Yorkun məşhur “Times Meydanı”nda yandırdıqları şamlarla yad ediblər.

“Tayms Meydanı”nın simvollarından olan Corc M.Kohan heykəlinin qarşısına toplaşan türklər, həyatını itirənlər üçün şam yandırıb, türk bayraqları ilə bəzədikləri əraziyə qərənfillər qoyublar.

Tədbirdə Amerika-Türkiyə iş adamları, tələbələr, uzun müddətdir ABŞ-da yaşayan türklər və çoxlu sayda əcnəbi iştirak edib.

Zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilən tədbirdə Dövlət Himni səsləndirilib.

Tədbirdə maarifləndirmə məqsədilə zəlzələdən zərər çəkənlərə də təcili dəstək çağırışları edilib.