Türkiyəli professor: “Valideynlər övladlarına vaksin vurdurmaqdan qorxmasınlar”backend

Türkiyəli professor: “Valideynlər övladlarına vaksin vurdurmaqdan qorxmasınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ənənəvi təhsilin bərpası ilə əlaqədar 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılıb., Ege Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri fakültəsinin dekanı, professor Zafer Kurugöl vaksinasiya ilə bağlı narahatlığa aydınlıq gətirib.

“Son günlərdə COVID-19 səbəbindən reanimasiyada qalan uşaq xəstələrinin sayında artım var. İndi əlimizdəki ən vacib silah peyvənddir. Ailələr övladlarına peyvənd vurdurmaqdan qorxmasınlar. Çünki dünyanın bir çox ölkələrində artıq yeniyetmələrə vaksin vurulur”, – professor bildirib.

O, Kubanı misal çəkərək əlavə edib ki, orada koronavirus əleyhinə vaksinasiya iki yaşından başlayıb: “Çin və BƏƏ-də isə üç yaşdan yuxarı uşaqlara peyvənd vurulur. Yəni bu məsələdə heç bir problem yoxdur”.