Türkiyəni kim yandırır? – “Bu olay daxili siyasi mübarizənin vasitəsinə çevrilib”backend

Türkiyəni kim yandırır? – “Bu olay daxili siyasi mübarizənin vasitəsinə çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yanğınların olduğu heç bir ölkədə bu hadisədən daxili siyasi mübarizədə, hansısa dini, etnik və siyasi qrupu günahlandırmaq üçün istifadə edilmir”.

İnterpress.az xəbər verir ki, bunu Türkiyədə yaşanan meşə yanğınlarından siyasi arenada bir vasitə kii istifadə olunmasına münasibət bildirən politoloq Xəqani Cəfərli deyib.

Politoloqa görə, dünyanın bir çox ölkələrində də yanğın hadisələri baş verir, amma heç bir dövlətdə bu hadisə siyasi müstəviyə çıxarılmayıb. Türkiyədə yaranan vəziyyət isə maraq doğurur:

“Antalya, Mersin, Adana, Osmaniye, Maraş, Muğla, Kütahya, Kocaeli, Aydın, Hatay, Kayseri ve Kilisdə meşələr atəşin içində qovrulur. Bu yanğınlarla bağlı xəbərləri üsrək ağrısı olmadan, yanğınla bağlı mənzərəni əks etdirən fotoları üzüntüsüz izləmək mümkün deyil. Anadolunun “ağ ciyərləri” qovrularkən Türkiyədə bu olay daxili siyasi mübarizənin vasitəsinə çevrilib. Halbuki qorxunc yanğınlarla bağlı xəbərlər dünyanın əksər ölkələrindən gəlir. Türkiyə mediasının özündə də bu günlərdə bir çox ölkələrdəki meşə yanğınları ilə bağlı xəbər bolluğu yaşanır. Ancaq yanğınların olduğu heç bir ölkədə bu hadisədən daxili siyasi mübarizədə, hansısa dini, etnik və siyasi qrupu günahlandırmaq üçün istifadə edilmir. Türkiyədə isə yanğınların məsuliyyəti etnik və siyasi qrupların, hətta ana müxalifət partiyasının üzərinə qoyulmasına cəhd edilir. Meşə yanğınları nə qədər ağır nəticələrə səbəb olsa da, geri zəkalı siyasi düşüncənin doğuracağı fəlakətlə müqayisə oluna bilməz”.

Gülşən