Azərbaycanda milli matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib.
İnterpress.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial media üzərindən paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına görə elan edilən milli matəm günü ilə bağlı olaraq Səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizdəki bayraqlarımız yarıya endirilib. Faciəli qəzada həyatını itirən qardaşlarımızı bir daha rəhmətlə yad edirik, ailələrinə başsağlığı veririk. Dost Azərbaycan xalqının dərin kədərini paylaşırıq”,-deyə paylaşımda qeyd edilib.