“Biz Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini tam dəstəkləyirik”.
“İnterpress.az” “Haber Global”a istinadən xəbər verir ki, bunu Böyük Birlik Partiyasının (BBP) sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Destici deyib.
“Dünən olduğu kimi, bu gün də, sabah da Türkiyə və türk milləti var gücü ilə soydaşımız və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Ermənilərin mülki və hərbi obyektlərə qarşı həyata keçirdikləri terror aktlarına cavab olaraq Azərbaycan dövləti Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirlərini tam dəstəkləyirik”, – o bildirib