Türkmənistanda yeni “Cebel” beynəlxalq hava limanı AÇILDIbackend

Türkmənistanda yeni “Cebel” beynəlxalq hava limanı AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda yeni “Jebel” beynəlxalq hava limanı açılıb.

İnterpress.az xəbər verir ki, Türkmənistanın Balkan vilayətində yeni “Cebel” beynəlxalq hava limanının açılışı olub.

Açılış mərasimində prezident Berdiməhəmmədov iştirak edib.

Hava limanı saatda 100 sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub və 200 tona qədər yük daşıma qabiliyyətinə malik yük terminalı ilə təchiz edilib.

Qeyd olunur ki, müasir aviasiya kompleksi regionun nəqliyyat infrastrukturunu gücləndirəcək və beynəlxalq əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Xuraman Etibarlı

İnterpress.az