UEFA Millətlər Liqasında yeni mövsümə start verilirbackend

UEFA Millətlər Liqasında yeni mövsümə start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümünə start veriləcək.

I turun ilk oyun günündə bir qarşılaşma oynanılacaq.

A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmanı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Bu qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.

UEFA Millətlər Liqası, 1 iyun

I tur

A Liqası, 4-cü qrup

20:00. Polşa – Uels

Baş hakim: Rade Obrenoviç (Sloveniya)