Ukrayna üç ukraynalı dənizçini yəmənli husilərin əsirliyindən azad edib və təxliyə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, Ukrayna Omanın vasitəçiliyi ilə yəmənli husiləri əsirlikdən azad edib və üç ukraynalı dənizçini təxliyə edib.
Dənizçilər “Galaxy Leader” yük gəmisinin ekipaj üzvləri olub və 19 noyabr 2023-cü ildə əsir götürülüb.
Gəmi Türkiyədən Hindistana Baham adalarının bayrağı altında üzüb və yapon şirkəti tərəfindən icarəyə götürülüb. Lakin husilər onu israilli iş adamı Rami Ungerlə əlaqəsi olduğuna görə ələ keçiriblər.
Xuraman Etibarlı
İnterpress.az