Ukrayna ABŞ-dan hərbi kömək istədibackend

Ukrayna ABŞ-dan hərbi kömək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti ABŞ-dan Əfqanıstanda Taliban hakimiyyətə gəlməmişdən əvvəl Əfqanıstana göndərilmiş Amerika silahlarının bir hissəsini Kiyevə təhvil verməsini xahiş edib.

bu barədə  “Foreign Policy” jurnalı yazıb.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov noyabr ayında Vaşinqtona səfəri zamanı ABŞ-dan silah tədarükünü artırmağı, o cümlədən Vaşinqtonun əvvəllər Kiyevə göndərmədiyi sistemləri təmin etməyi xahiş edib. Reznikov xüsusilə hava və dəniz müdafiəsi, eləcə də elektron müharibə sahəsində yardım istəyib.

Bundan əlavə, ABŞ-a məxsus Mi-17 helikopterlərinin Ukraynada texniki baxışdan keçdiyi deyilir.

Öz növbəsində, Vaşinqton administrasiyası, jurnalın yazdığına görə, Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün bir sıra addımları nəzərdən keçirir, lakin onların əksəriyyəti Reznikovun tələbini yerinə yetirmir. Belə ki, Dövlət Departamenti və Pentaqon Kiyevi daha çox tank əleyhinə silahla təmin etmək üçün Konqreslə danışıqlar aparır. Vaşinqton Ukraynaya hərbi müşavirlər göndərmək imkanlarını da araşdırır. (modern.az)