Ukrayna Baş Qərargahı: “Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib”backend

Ukrayna Baş Qərargahı: “Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 145 ədəd tankı, 2 764 ədəd zirehli döyüş maşını, 513 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 158 ədəd helikopteri, 94 qanadlı raket, 1 970 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 377 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.