Ukrayna MN: Rusiyanın bu gün atdığı 71 raketdən 61-i məhv edilibbackend

Ukrayna MN: Rusiyanın bu gün atdığı 71 raketdən 61-i məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın silahlı qüvvələri bu gün Ukraynanın kritik infrastrukturuna geniş raket hücumları həyata keçirib.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın ölkənin kritik infrastrukturlarına hücumları zamanı atdığı 71 raketdən 61-nin məhv edildiyini bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın mülki vətəndaşları və mülki infrastrukturları hədəf aldığını söyləyib: “Təəssüf ki, ölənlər var. Yaxınlarına başsağlığı verirəm”.