Ukrayna müharibəsində 313 uşaq ölübbackend

Ukrayna müharibəsində 313 uşaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Ukrayna ərazisinə genişmiqyaslı hücumu başlayandan indiyədək ölkədə 313 uşaq həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Ukrayna Ordusu Severodonetskə hücumu uğurla dəf edibQeyd olunur ki, 2022-ci il iyunun 15-də səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində ölənlərlə yanaşı 579 uşaq yaralanıb.

Məlumatda o da vurğulanır ki, bu rəqəmlər də yekun statistika sayılmır. Çünki ölən və yaralananların sayının dəqiqləşdirilməsi aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə operativ işlər aparmaq çətinləşir. Amma ümumi araşdırmalar davam etdirilir.
Məlumatda ən çox uşağın Donetsk vilayətində öldürüldüyü qeyd edilib- 291 nəfər. Sonrakı yerlərdə isə Xarkov – 169, Kiyev – 116, Çerniqov – 68, Luqansk – 54, Xerson – 52, Nikolayev – 48, Zaporojye – 30, Sumi – 17 gəlir.