“Gələn il müharibə üçün həlledici olacaq”.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı deyib.
O söyləyib ki, savaşda dönüş nöqtəsi yaxınlaşır.
A.Yermak, həmçinin ABŞ və Avropaya çağırış edib. Prezident Ofisinin rəhbəri Qərbi Ukraynaya əlavə silah-sursat, xüsusən də hava hücumundan müdafiə sistemləri verməyə səsləyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatı keçirir.