Ukraynada əlverişsiz hava şəraiti 10 nəfərin ölümünə səbəb olubbackend

Ukraynada əlverişsiz hava şəraiti 10 nəfərin ölümünə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada əlverişsiz hava şəraiti səbəbindən 10 nəfər ölüb, daha 23 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” ölkənin daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

“Əlverişsiz hava şəraiti səbəbindən Odessa, Xarkov, Nikolayev vilayətləri və Kiyevdə 10 nəfər həlak olub. Daha 23 nəfər, eləcə də 2 uşaq xəsarət alıb”, – o bildirib.

Bildirilir ki, əlverişsiz hava şəraiti bir sıra magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdılırmasına və ya tamamilə bağlanmasına səbəb olub.