Ukraynada naməlum şəxs əlində silahla “McDonalds”ı ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb. Məlumata görə, Ukraynanın Çerkassı şəhərində naməlum şəxs əlində silahla “McDonalds”ı ələ keçirib.
İndi o, tualetdə gizlənib və bir neçə dəfə atəş açıb.
***
12:52
Ukraynanın Çerkassı şəhərində xüsusi təyinatlılar McDonald’s-a basqın ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
İnsanları girov götürən, lakin sonradan buraxan silahlı şəxs ağır yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az