Ukrayna Milli Jurnalistlər Birliyi müharibədə həlak olan 20 media işçisinin adını açıqlayıb.
İnterpress.az xəbər verir ki, təşkilat siyahını hazırlayarkən Baş Prokurorluğun rəsmi məlumatlarına istinad edib.
“Ölənlər arasında xarici media nümayəndələri də var. Aprelin 8-də jurnalist və yazıçı Yevgeni Balın ölümü, aprelin 12-də isə Çerniqovun populyar televiziya kanalı – “Ditinets”in əməkdaşı, videomühəndis Roman Nejiboretsin güllələnməsi barədə məlumat yayılıb. Bu, artıq 20 ölüm deməkdir”, – Milli Jurnalistlər Birliyi bəyan edib.
Rusiya hərbçiləri tərəfindən öldürülən jurnalistlərin siyahısı:
1. Pyer Zakrjevski
2. Aleksandra Kuvşinova
3. Aleksandr Lıtkin
4. Pavel Li
5. Sergey Puşşenko
6. Yevgeni Sakun
7. Brent Entoni Reno
8. Oksana Baulina
9. Dilerbek Şakirov
10. Viktor Dedov
11. Viktor Dudar
12. Liliya Qumyanova
13. Yuri Oleynik
14. Oleq Yakunin
15. Maksim Levin
16. Mantas Kvedoraviçius
17. Sergey Zaykovski
18. Denis Kotenko
19. Yevgeni Bal
20. Roman Nejiborets