Ukraynada uduzan Moskvanın yeni həmləsi: “Rusiya Qarabağda möhkəmlənəcək”backend

Ukraynada uduzan Moskvanın yeni həmləsi: “Rusiya Qarabağda möhkəmlənəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın təxribatlarına qarşı Azərbaycan Türkiyə ilə birgə silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalıdır”.

Bu sözləri Rusiyanın Qarabağla bağlı mövqeyinə toxunan Milli Cəbhə partiyasının sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə İnterpress.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya Qarabağı nə Ermənistana, nə də Azərbaycana güzəştə getməyi planlamır. Birbaşa Moskvaya tabe edərək iki ölkə arasında düşmənçiliyi davam etdirib, sülhün əldə edilməsinə mane olacaq:

“Ümumiyyətlə, Rusiya ilə danışıqlar aparmaq mənasızdır. Ukrayanada məğlub olan Rusiya Qarabağda möhkəmlənəcək. Rusiya Cənubi Qafqazı əldən buraxmayacaq. Rusiyanın təxribatlarına qarşı Azərbaycan Türkiyə ilə birgə silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalı, türk ordusu Laçın dəhlizində post qurmalıdır. Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyənin buna hüququ var. Rusiya hər gün Qarabağda möhkəmlənir və buranın Azərbaycanın idarəçiliyinə keçməməsi üçün bütün ssenariləri hazırlayır. Azərbaycan artıq Rusiyanın bu davranışlarından narahatdır. Rəsmi Bakı Türkiyənin Rusiyaya məlumat verməyərək keçirdiyi əməliyyatları Qarabağda keçirmək zamanı gəlib. Cənab Ərdoğanın “Rusiya razılaşmalar əməl etmir, niyə onlarla məsləhətləşirik”- deyimini Qarabağda tətbiq etməliyik. Vladimir Putin güvənsiz, etibarsız və öz imzasına hörmət etməyən, qonşularına qarşı düşmən siyasət aparan prezidentdir”.