Ukraynadan Rusiya və Belarusun müdafiə sənayesinə 50 illik sanksiyalarbackend

Ukraynadan Rusiya və Belarusun müdafiə sənayesinə 50 illik sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Parlamenti (Rada) Rusiya və Belarusun müdafiə sənayesinə qarşı 50 illik sanksiya qərarını təsdiqləyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ukraynalı deputat Yarislav Jeleznyakın sosial şəbəkədəki paylaşımına görə, prezident Vladimir Zelenskinin Ukrayna parlamenti Radasına təqdim etdiyi qanun layihəsi Baş Assambleyada müzakirə edilib.

İclasda iştirak edən 304 deputatın dəstəklədiyi qanun layihəsi ilə Rusiya və Belarusla müdafiə sahəsində hər cür əməkdaşlıq, ortaq layihə və proqramlar qadağan edilib, hərbi və ikili təyinatlı məhsulların idxalı dayandırılıb.

Müdafiə sahəsində çalışan Rusiya və Belarus şirkətlərinə hər hansı texnologiya və məlumat ötürülməsinə icazə verilməyəcək.

Ukrayna Parlamenti daha əvvəl İranın Rusiyaya müxtəlif silah növləri ilə yanaşı, pilotsuz uçuş aparatları da verdiyini əsas gətirərək, 50 il müddətinə müxtəlif sahələrdə sanksiya tətbiq edilməsi qərarını təsdiqləyib.