Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən ilk Şimali Koreya əsgəri aldığı yaralardan ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. “Yonhap” Cənubi Koreya kəşfiyyatının məlumatlarına istinadən yazır ki, bu, cümə günü, dekabrın 27-də baş verib.
Əsir düşən ilk Şimali Koreya əsgəri ağırlaşan yaralardan ölüb.
İlkin məlumatlara görə, o, bir gün əsirlikdə qalaraq yaralarının ağırlaşmasından cümə günü dünyasını dəyişib.
“Biz dost ölkənin kəşfiyyat təşkilatı vasitəsilə dekabrın 26-da sağ əsir götürülən Şimali Koreya əsgərinin xəsarətlərinin ağırlaşmasından qısa müddət əvvəl öldüyünü təsdiqləmişik”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az