Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqını (Aİ) ölkəsi üçün “daha çox hərbi yardım” göstərməyə çağırıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Kuleba Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edib.
İclasda çıxış edən Kuleba Ukrayna Quru Qoşunlarının gücünün Rusiya ilə müharibədə xüsusi mənası olduğunu bildirib və deyib:
“Hava və dəniz qüvvələri vacibdir. Amma hazırda əsl yük quru qoşunlarının çiynindədir. Siyasi məsələləri bir kənara qoysaq, gəlin “Ukrayna əsgərinə necə kömək edə bilərik?” sualına cavab verək. Ordumuza 1 milyon güllə verilməsi qərarını təsdiqləməyinizi gözləyirik. Aİ-dən daha çox hərbi yardım gözləyirik”.
Kuleba Rusiyaya qarşı 12-ci sanksiya paketinin qüvvəyə minməsini tələb edib.
AB Komissiyasının Ukrayna ilə tamhüquqlu üzvlük danışıqlarına başlamağı tövsiyə etdiyini xatırladan Kuleba Ukrayna xalqının bundan ruhlandığını vurğulayıb: “Bu qərar mübarizəmizin nəticəsiz qalmadığını bir daha nümayiş etdirdi”.
Nazir Kuleba Ukraynanın üzvlük prosesi ilə bağlı dialoqa başlamaq qərarının dekabrda açıqlanacağına ümid etdiyini bildirib.