UNESCO Ukraynanın Rusiyanın üzvlükdən çıxarılması barədə müraciətini cavablandırıbbackend

UNESCO Ukraynanın Rusiyanın üzvlükdən çıxarılması barədə müraciətini cavablandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Rusiyanın BMT-nin üzvü olduğu müddətdə onun üzv dövlət statusundan məhrum edilməsi ehtimalını istisna edir.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Birləşmiş Millətlər Təşkilatına üzv olan hər bir dövlətin UNESCO-nun Nizamnaməsinə (Maddə 2) uyğun olaraq UNESCO-ya üzv olmaq hüququ var. Yalnız BMT-dən xaric edilmiş UNESCO üzvü olan dövlətlər UNESCO-ya üzvlükdən məhrum edilirlər”, – UNESCO-nun mətbuat xidmətinin nümayəndəsi Ukraynanın müraciətinə münasibət bildirərkən deyib.

Bundan əvvəl ukraynalı deputat Aleksey Qonçarenko Ali Radanın Rusiyanın UNESCO-ya üzv dövlət statusundan məhrum olunması xahişi ilə təşkilata müraciət etdiyini bildirmişdi.