Ürək-damar xəstəlikləri ilə mübarizədə yenilik – bu, xolesterini aşağı salacaqbackend

Ürək-damar xəstəlikləri ilə mübarizədə yenilik – bu, xolesterini aşağı salacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər xolesterolla mübarizə üçün yeni gen terapiyası hazırladıqlarını açıqlayıblar. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yeni üsulda xolesterinin yüksəlməsinə səbəb olan gen təsirsiz hala gətirilir. Beləliklə, xolesterolda yüzdə 50-yə qədər azalma əldə edilir.
ABŞ-ın biokimya şirkəti Verve Therapeutics yüksək xolesterolla mübarizə üçün yeni gen terapiyası hazırladıqlarını açıqlayıb. Müalicə xolesterol səviyyəsinin yüzdə 39-55 arasında azalması ilə nəticələnsə də, mütəxəssislər bu inkişafın ürək xəstəlikləri ilə mübarizədə əhəmiyyətli bir addım ola biləcəyini ifadə edir.

Tədqiqatlar təxminən on il əvvəl pis xolesterin olaraq da bilinən LDL xolesterol səviyyələrinin azalmasına səbəb olan bir gen mutasiyasının aşkarlanması ilə başlayıb. Təcrübələr çərçivəsində xəstələrə xolesterolun yüksəlməsinə səbəb olan “PCSK9” adlı genin funksionallığını aradan qaldırmaq üçün gen dəyişdirən dərman verilib. Dərman xolesterolun sintez mərkəzi olan qaraciyər hüceyrələrinə nüfuz edərək öz funksiyasını göstərib. Klinik sınaq ABŞ-da cəmi 10 xəstə ilə aparılsa da, ekspertlər sınaq nəticələrinin yüksək potensial göstərdiyini bildirir.