Vaqifin məqbərəsinin bərpasına xarici mütəxəssislər cəlb ediləcək – RƏSMİbackend

Vaqifin məqbərəsinin bərpasına xarici mütəxəssislər cəlb ediləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi də nəzərdə tutulur”.

Bu barədə Mədəniyyət naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, Türk dünyası təşkilatları da bu tədbirlərə dəstək vermək, yaxından iştirak etmək istəyirlər:

“Şuşa ilə bağlı çox əhəmiyyətli bir təklif ICESCO-dan gəldi. Təşkilatın rəhbərinin bu ilin yanvar ayında ölkəmizə səfəri zamanı Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi təklif olundu. Eyni zamanda, TÜRKSOY təşkilatı Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini təklif etdi. Bu da Türk-İslam dünyasının qədim Şuşa şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir”.

A.Kərimov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə Şuşadan başlanılıb:

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilin əvvəlindən artıq üç dəfə Şuşa şəhərində olublar. Bu səfərlər Şuşada aparılacaq mədəni quruculuq işlərinə ölkə rəhbərliyinin həssas münasibətini göstərir. Şəhərdə bir sıra tarix-mədəniyyət abidələrinin bərpası prosesi gedir.

Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq. Onu da əlavə edim ki, bərpa prosesində xarici mütəxəssislərin təcrübəsindən də istifadə ediləcək. Bir sıra ölkələrin bu sahədə fəaliyyət göstərən şirkətlərinin də işlərə cəlb edilməsi nəzərdə tutulur”.

 

 

İnterpress.az