Vilayət Eyvazov yeni rəis təyin etdibackend

Vilayət Eyvazov yeni rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə rəis təyin olunub.

Yenisabah.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Sabir Həsənov təyinat alıb.

Xatırladaq ki, 39-cu polis bölməsinin sabiq rəisi Fazil Zərbəliyev bir müddət öncə vəzifəsindən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin rəisinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.