Vyetnamın hakim Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Fu Çonq 81 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə partiya liderlərinin və Vyetnam dövlətinin sağlamlığının qayğısına qalmaq üçün məsul olan Mərkəzi Səhiyyə İdarəsi məlumat yayıb.
Qeyd edək ki, 2011-ci ildən partiyaya rəhbərlik edən 80 yaşlı Nquyen Fu Çonqın xəstəliyi barədə detallı məlumat açıqlanmayıb. O, son vaxtlar rəsmi tədbirlərdə nadir hallarda görünüb.
Vyetnamın sabiq ictimai təhlükəsizlik naziri, ordu generalı To Lam cari ilin mayında parlament tərəfindən ölkənin prezidenti seçilib. Bir çox siyasi şərhçi To Lamı partiyanın rəhbəri vəzifəsinə real namizəd hesab edir. Partiyanın Baş katibi Nquyen Fu Çonqun səlahiyyət müddəti 2026-cı ildə başa çatacaqdı.
Xuraman Etibarlı
İnterpress.az