“X” sosial şəbəkəsi İranın “Tasnim” xəbər agentliyinin hesablarını BLOKLADIbackend

“X” sosial şəbəkəsi İranın “Tasnim” xəbər agentliyinin hesablarını BLOKLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Maska məxsus “X” sosial şəbəkəsi İranın “Tasnim” xəbər agentliyinin hesablarını bloklayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsi İranın rəsmi və nüfuzlu “Tasnim” xəbər agentliyinin səhifələrini bloklayıb.

Məlumata görə, hazırda sözügedən agentliyin həm ingilis, həm də fars dillərində fəaliyyət göstərən rəsmi “X” hesabları tamamilə fəaliyyətsiz vəziyyətə gətirilib.

İstifadəçilər həmin səhifələrə daxil olmaq istəyərkən sosial şəbəkə tərəfindən “Hesabın fəaliyyəti müvəqqəti dayandırılıb” bildirişi ilə qarşılaşırlar.

Bildirişdə həmçinin qeyd olunur ki, “X” platforması rəsmi daxili qaydaları pozan istifadəçilərin hesablarının fəaliyyətini rəsmən məhdudlaşdırır.

Məsələ ilə bağlı hələlik nə İlon Maskın rəhbərlik etdiyi “X” korporasiyası, nə də İranın rəsmi media qurumları hər hansı bir şərh verib.

Bloklanma qərarı regionda baş verən gərgin geosiyasi hadisələr və informasiya müharibəsi fonunda xüsusi diqqət cəlb edib.

Xuraman Etibarlı

İnterpress.аz