Polis əməkdaşları keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndidə silah-sursat tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, şəhər ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, ölkə ərazisində qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 2 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 23 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Həmçinin paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara, 5 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 284 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.