Xəstəxanada RÜSVAYÇILIQ: Həkimlər doğum evini pornostudiyaya ÇEVİRDİLƏRbackend

Xəstəxanada RÜSVAYÇILIQ: Həkimlər doğum evini pornostudiyaya ÇEVİRDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada xəstəxana ərazisində bir qrup həkim pornoqrafiya çəkib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Belqorod vilayətində tibb işçilərinin adı qarışdığı böyük qalmaqal ortaya çıxıb.

Belə ki, Volokonovka Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları xəstəxana ərazisindəki köhnə, atılmış doğum evini pornostudiyaya çeviriblər.

Onlar orada qrup şəklində intim münasibətlər təşkil edib, hər şeyi videoya çəkərək müvafiq internet saytlarında paylaşıblar.

Hadisə tibb müəssisəsinin qadın əməkdaşlarından birinin polisə müraciət etməsindən sonra ifşa olunub.

Zərərçəkmiş qadının sözlərinə görə, onu da bu çəkilişlərdə iştirak etməyə məcbur ediblər, imtina etdikdə isə ona qarşı ciddi təzyiqlər başlanıb.

O, bütün bu prosesin əsas təşkilatçısının xəstəxananın cərrahı olduğunu iddia edir.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az