XİN rəsmisindən Ermənistana Zəngəzur dəhlizi ilə bağlı ÇAĞIRIŞ – FOTObackend

XİN rəsmisindən Ermənistana Zəngəzur dəhlizi ilə bağlı ÇAĞIRIŞ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Rusiya təkcə iqtisadi deyil, həm də siyasi tərəfdaşlardır”.

bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadə “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində. İlin yekunları və perspektivlər” mövzusunda təşkil edilən dəyirmi masa çərçivəsində deyib.

O bildirib ki, Azərbaycan və Rusiya regionun lider ölkələri kimi bölgədə iqtisadi əməkdaşlıq imkanlarını daha da genişləndirmək imkanına malikdirlər:

“Azərbaycan və Rusiya arasında strateji əməkdaşlıq mövcuddur. Ölkələr arasındakı əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanın İran, Rusiya və Türkiyəyə münasibətdə heç bir siyasi problemlərimiz yoxdur. Lakin qonşu Ermənistan ilə bir sıra problemlərimiz hələ qalır. Hazırda problemlərin miqyası böyük deyil, lakin bəzi suallar mövcuddur. Əgər biz Üçtərəfli Bəyanatın müddəalarını həyata keçirə, nəqliyyat və kommunikasiyaların bərpasını reallaşdıra bilsək, region üzrə münasibətlərdə tamamilə yeni mərhələyə qədəm qoymuş olacağıq”.

Səfir bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasında öz üzərinə düşən öhdəliyi tezliklə yerinə yetirməlidir:

“Biz Zəngəzur dəhlizinin reallaşdırılması ilə region üzrə münasibətlərdə yeni mərhələyə keçid edə bilərik. Bu dəhlizin işə düşməsi iqtisadi cəhətdən region ölkələri üçün də yeni imkanlar yaradır”.