Serbiya Xorvatiyanın Belqraddakı səfirliyində çalışan diplomat Hrvoje Snajderi casusluq etdiyi səbəbilə deportasiya etmək qərarına gəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Serbiya Xarici İşlər Nazirliyinin açıqlamasında ölkədə casusluq etdiyini göstərən sənədləri olan diplomat Snayderin “persona non-qrata” elan edildiyi bildirilib.
Dəlillər əsasında diplomatın ölkədən qovulduğu bildirilən açıqlamada Snajderin vəzifəsi zamanı “diplomatik sərhədləri aşdığı” və bunların qəbuledilməz olduğu qeyd edilib.
Xorvatiya Xarici İşlər Nazirliyi də diplomatın qovulmasının səbəblərini rədd edib və ikitərəfli münasibətlərin korlana biləcəyi barədə xəbərdarlıq edib. Xorvatiyanın Belqraddakı səfiri Hidajet Bisceviç Xorvatiya mətbuatına açıqlamasında məsələ ilə bağlı şərh vermək istəmədiyini bildirib.