Yamaldа itkin düşən dağlıstanlı iş adamının meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Maqomedov M.-in zorakılıq əlamətləri olan meyiti sənaye zonasındakı çalada aşkar edilib.
Bir neçə gün əvvəl onun yandırılmış avtomobili hadisə yerindən 30 km aralıda tapılmışdı.
Hadisə ilə bağlı yerli sahibkar Kalqanov E. yoxlanılır.

Xuraman Etibarlı
İnterpress.az






