Yanvarın 18-dən 5 şəhər və 12 rayonda SMS icazə sistemi ləğv olunurbackend

Yanvarın 18-dən 5 şəhər və 12 rayonda SMS icazə sistemi ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5 şəhər və 12 rayonda olduğu yeri SMS icazə və icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

İnterpress.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib. Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

İnterpress.az