Yaponiya Ukraynaya 100 milyon dollar kredit verəcəkbackend

Yaponiya Ukraynaya 100 milyon dollar kredit verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Ukrayna Maliyyə Nazirliyi arasında Ukraynaya 100 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına dair saziş imzalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu kredit güzəştli şərtlərlə veriləcək.

Bu, Ukrayna və Yaponiya arasında razılaşdırılmış maliyyə yardımının birinci hissəsidir. Bu vəsait ilk növbədə əhalinin ən həssas təbəqələrini dəstəkləmək üçün nəzərdə tutulmuş dövlət büdcəsinə yönəldiləcək.