Yaponiyanın ən böyük buddist təşkilatlarından biri olan “Soka Gakkai”nin fəxri prezidenti, onun hakim tərəfdaşı olan “Komeitonun” qurucusu İkeda Daisaku 95 yaşında vəfat edib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Soka Gakkai Buddist təşkilatının bəyanatına görə, təşkilatın fəxri prezidenti və hakim tərəfdaşı Komeitonun qurucusu İkeda Daisaku paytaxt Tokioda dünyasını dəyişib.
1928-ci ildə Tokioda doğulan və dəniz yosunu yetişdirən ailədə böyüyən İkeda 19 yaşında qoşulduğu Soka Qakkada Buddist təlimlərini yaymaq üçün çalışıb.
1960-1979-cu illər arasında Buddist təşkilatına başçılıq etdiyi müddətdə İkeda 1961-ci ildə qurduğu siyasi formasiyanı 1964-cü ildə sağ mərkəzçi siyasi partiyalardan biri olan Komeitoya çevirib.
NHK dövlət televiziyasının məlumatına görə, İkeda 50-dən çox ölkəyə səfəri zamanı Çinin keçmiş baş naziri Çjou Enlay və keçmiş SSRİ lideri Mixail Qorbaçov da daxil olmaqla liderlərlə dialoq fəaliyyəti həyata keçirib.
Ana müxalifət partiyası olan Konstitusiya Demokratik Partiyasının lideri İzumi Kenta da öz bəyanatında İkedanın digər ölkələrlə, o cümlədən Çinlə dostluq və xoşməramlılıq yaratmağı hədəflədiyini bildirib.
13-cü əsr Buddist rahiblərinin “Niçiren” təlimlərinə əsaslanan Soka Gakkai Buddist təşkilatı Komeito siyasi partiyasının seçici bazasına təsiri ilə ölkə daxilində tanınır.
Komeito baş nazir Kişida Fumionun rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının koalisiya tərəfdaşıdır.