Yaponiyanın XİN başçısı İsrail və Fələstinə səfər edəcəkbackend

Yaponiyanın XİN başçısı İsrail və Fələstinə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava noyabrın 2-də Qəzza zolağında humanitar vəziyyəti müzakirə etmək üçün İsrailə və Fələstinə səfər edəcək.

İnterpress.az xəbər verir ki, məlumatı “Ynet” yayıb.

Bildirilib ki, Yoko Kamikavanın İsrailin xarici işlər naziri Eli Koen, Fələstin dövlətinin rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.

“Qəzza zolağındakı humanitar vəziyyəti və Yaponiyanın yardım göstərmək istəyini müzakirə etməyi səbirsizliklə gözləyirik”, – nazir səfərdən əvvəl deyib.

O, İsrail ordusunun HƏMAS silahlı qruplaşmasına və onun hərbi obyektlərinə zərbələr endirdiyini də vurğulayıb.