Yaşıllaşdırma işləri azad edilmiş hansı rayondan başlayacaq? – RƏSMİbackend

Yaşıllaşdırma işləri azad edilmiş hansı rayondan başlayacaq? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər bu illər ərzində bizim torpaqlarımızda yalnız bir bitki – narkotik əkiblər”.

Bu barədə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.

O bildirib ki, düşmən təbiətlə yanaşı, bəşəriyyəti məhv etməklə məşğul olub:

“Prezidentimizin elan etdiyi “Böyük qayıdış” planından irəli gələn bütün zəruri addımlar atılacaq. Planlarımız çoxdur. Biz yenidən o əraziləri bərpa edəcəyik. İlk olaraq təbiətin, ekologiyanın bərpası, yaşıllaşdırma işləri də məhz Zəngilandan başlayacaq. Ərazi minalardan təmizləndikcə planlarımızı həyata keçirəcəyik. Həmin ərazinin təbiətinə uyğun olan meşə ağacları seçiləcək və əkiləcək”.

 

İnterpress.az