Yeni “AY.4.2” ştammı ilə bağlı XƏBƏRDARLIQbackend

Yeni “AY.4.2” ştammı ilə bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada artıq COVID-19-un yeni mutasiyası –  “AY.4.2” yayılmağa başlayıb.

Sözügedən virus növü ilə bağlı Lent.az-ın suallarını cavablayan tibb elmləri doktoru, professor Adil Qeybulla  bildirib ki, sözügedən ştamm “Delta”dan da çox yoluxduruculuğa malikdir:

“Yayılmağa başlayan koronavirus növünün simptomları daha tez özünü göstərməklə yanaşı, ağır da olacaq. Belə ki, əvvəlki növlərdə uşaqların, gənclərin daha az yoluxması, simptomsuz, eləcə də yüngül keçirməsini müşahidə edirdik. Ancaq hazırki ştamma yoluxan uşaqlar, eləcə də gənclər xəstəliyi ağır və ya çox ağır keçirə bilərlər.

 

 

Təəssüf ki, son zamanlar gənclərin xəstəliyi ağır keçirməsinin şahidi oluruq, hətta onlar arasında virus səbəbindən vəfat edənlər də olur”.

A.Qeybulla qeyd edib ki, bununla mübarizə aparmaq üçün peyvəndlənmə prosesi sürətləndirilməlidir:

“Yoluxma zəncirinin qırılması üçün bu vacibdir. Bütün bunlara baxmayaraq, pandemiyanın sonu mütləq olacaq. Ancaq bu dövrdə maksimum itkilərin az olmasına çalışmalıyıq

Son olaraq bildirim ki, qapalı məkanlarda karantin qaydalarına ciddi əməl edilərsə, yoluxma hallarının azaldılmasına nail ola bilərik. Buna görə də diqqətli olmalı, qaydalara əməl etməliyik”.