“Yeni münaqişə ocağı yaranır” – Putindən şok iddiabackend

“Yeni münaqişə ocağı yaranır” – Putindən şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Asiya-Sakit okean regionunda çətinliklər və təhdidlər artıb, yeni münaqişələrə yol açacaq durum yaranıb”.

bunu Rusiya Prezidenti Vladimir Putin XVI Şərqi Asiya Sammitində onlayn çıxışı zamanı deyib.

“Biz dəfələrlə demişdik ki, xüsusilə Ortamənzilli Nüvə Qüvvələri Sazişinin (INF) ləğvi ilə regionda bu hücum silahlarının sayı və buna uyğun olaraq silahlanma yarışı artacaq”, – Putin bildirib.

Rusiyanın Asiya-Sakit okean regionu və dünyanın digər bölgələrində qısa və ortamənzilli raketlərin yerləşdirilməsinə birtərəfli moratorium tətbiq etdiyini xatırladan Putin bütün əlaqədar dövlətləri əvvəlcədən danışıqlara çağırdığını bildirib.

Bu təklifin hələ də qüvvədə olduğunu və aktuallığının getdikcə artdığını qeyd edən Rusiya lideri vurğulayıb:

“Rusiya Asiya-Sakit okean regionunda bərabər və bölünməz təhlükəsizlik sistemi qurmağı, beynəlxalq hüquq prinsipləri, o cümlədən qarşılıqlı hörmət, suverenliyə hörmət və bərabərhüquqlu prinsiplər əsasında konstruktiv əməkdaşlıq mühitini gücləndirməyi hədəfləyir. Fikrimizcə, yalnız bu yolla mövcud və yaranan təhlükələr dayandırıla və problemlər həll edilə bilər”. (teleqraf.com)