Yeni silahlar Kremlin yuxusunu ərşə çəkibbackend

Yeni silahlar Kremlin yuxusunu ərşə çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə PUA-ları Ukraynanın da imdadına çatdı
 
“Rusiya anlamaq istəmir ki, qədimi silah və texnikası ilə müasir silahlara malik ölkələrlə mübarizədə duruş gətirə bilməz”
 
Ötən gün Ukrayna ordusunun Donbasda Türkiyə istehsalı “TB2 Bayraktar” PUA-sı ilə separatçılara aid D-30 topunu sərrast atəşlə məhv etməsi, Rusiya dairələrində və separatçılarda xof yaradıb. Separatçılar hadisədən sonra, havadarları Rusiyaya müraciət ediblər. Bildiriblər ki, onların əlində həmin PUA-ları vura bilən heç nə yoxdur. Ukrayna ordusunun arsenalında “TB2 Bayraktar” PUA-larının olması barədə narahatlığı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da dilə gətirib. 
O bildirib ki, Türkiyə dronlarının Ukraynaya tədarükü mənfi nəticələrə və qeyri-sabitliyə səbəb ola bilər: “Rusiya Federasiyasının bu mövzuda qorxuları təsdiqlənir. Türkiyə ilə həqiqətən də çox yaxşı münasibətlərimiz var. Amma bu vəziyyətdə təəssüf ki, bu cür silahların Ukrayna hərbçilərinə tədarükünün potensial olaraq təmas xəttində vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyinə dair narahatlığımız özünü doğruldur. Peskov əlavə edib ki, «Bu daxili Ukrayna probleminin həllinə kömək etmir”. Bundan əvvəl Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirmişdi ki, ölkəsinə qarşı, Rusiya təcavüzünün qarşısını almaq və ərazi bütövlüyünü qorumaq üçün Türkiyədən zərbə pilotsuz təyyarələri alıb. Daha sonra Ukrayna prezidentinin mətbuat xidməti qeyd etmişdi ki, Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin Bayraktar şirkəti Kiyev yaxınlığında dronların xidməti və modernləşdirilməsi üzrə birgə mərkəzin inşası haqqında memorandum imzalayıblar. Qeyd edək ki, “Bayraktar” İkinci Qarabağ müharibəsində öz imkanlarını nümayiş etdirib.
 
Ukrayna ilə Rusiya arasında yenidən vüsət almış gərginliyi “Şərq”ə analiz edən politoloq Azər Rəşidoğlu əvvəlcə Türkiyədə istehsal olunan PUA və SPUA-lardan, insansız silahların gücündən danışıb. Analitik vurğulayıb ki, türk silahlarının dünya bazarında alıcısı çoxdur: 
“Qarabağdakı uğurlu əməliyyatlar sayəsində “Bayraktar TB2” artıq bir çox ölkələri cəlb edir: “Onun bazarı genişdir.  Türkiyə istehsalı olan “Akıncı” Elektron Dəstək modulu, “AESA” radarı, “SAR” kəşfiyyat sistemi, “REM” kompleksi, “EO/İR” infraqırmızı elektro-optik kəşfiyyat vasitəsi, müxtəlif görüntü cihazları və peyk rabitə sistemləri ən güclü sayılır. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir. “Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsidir. Həmçinin, təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir. Bu imkanın sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. “Akıncı” daxildə 400 kiloqram, xarici asqılarında isə 950  kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. PUA-nın qanadının  uzunluğu 20 m-dir və Ukrayna istehsalı iki AI-450 turbopərli mühərriki ilə təchiz edilib.  2021-ci ildən 2030-cu ilədək Ukraynanın “İvchenko-Proqres” şirkəti tərəfindən istehsal edilən  AI – 450 turbopərli mühərrikləri “Akıncı” operativ-strateji PUA-larına quraşdırılmaq üçün Türkiyəyə ixrac ediləcək”.
 
A.Rəşidoğlu vurğulayıb ki, PUA istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir: 
““Akıncı” PUA-ları  kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrilib. Ankara Kiyevə belə müasir silahları satmaqla separatçılara ağır zərbələr endirir. Nə Rusiya, nə də ki Moskvanın himayə etdiyi separatçılar Türkiyə PUA-na qarşı duruş gətirə bilirlər. Rusiya anlamaq istəmir ki, qədimi silah və texnikası ilə müasir silahlara malik ölkələrlə mübarizədə duruş gətirə bilməz”.