Yeni tikilidə TƏHLÜKƏ: Divar plitələri uşağın üzərinə TÖKÜLDÜ – VİDEObackend

Yeni tikilidə TƏHLÜKƏ: Divar plitələri uşağın üzərinə TÖKÜLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Permdə yeni tikilən binada divar plitələri uşağın üzərinə aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Perm şəhərində yerləşən “Ekopark Sosnovı” yaşayış kompleksinin binasının girişində qorxulu anlar yaşanıb. Binanın girişindəki divara vurulmuş iri keramoqranit plitələr qəfildən orada dayanan azyaşlı qızın üzərinə aşıb.

Xoşbəxt təsadüf nəticəsində uşaq ciddi xəsarət almayıb və hadisədən yalnız yüngül əziklərlə sovuşub.

Hadisə binadakı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Yeni istifadəyə verilmiş binada baş verən bu uçqun sakinlər arasında ciddi narahatlığa səbəb olub.

Hazırda tikintini həyata keçirən şirkətin məsuliyyəti və qəzanın başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az